Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Post published:31.08.2022
- Post category:MDU xəbərləri
You Might Also Like

Rektor Şahin Bayramovun Ramazan Bayramı təbriki

Mingəçevir Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib

Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər

Mingəçevir Dövlət Universiteti və Qazi Universiteti arasında əməkdaşlıq inkişaf edir

Mingəçevir Dövlət Universiteti İmtahan rəhbəri vəzifəsinə vakansiya elan edir

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edib

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfransın canlı bölmə iclasları keçirilib
