Mingəçevir Dövlət Universitetində  “Konstitusiya və Suverenlik ili çərçivəsində ” Mühəndislik fakültəsi Tələbə Elmi Cəmiyyətinin XIX elmi konfransı keçirilib

18 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində elmi-praktik seminar çərçivəsində tələbələrin elmi məruzələri təqdim olunub. Tədbirə fakültənin dekanı, dosent Almaz Əiyeva rəhbərlik edib.

Seminarda müxtəlif mühəndislik sahələrini əhatə edən səkkiz elmi mövzu üzrə tələbə məruzələri dinlənilib və müzakirələr aparılıb. Mühəndislik fakültəsinin EnM23 saylı qrup tələbəsi Abbas Qasımov “İldırımlı buludların yaranmasına səbəb olan amillər”, SM23 saylı qrup tələbəsi Ayşən Abdullayeva “Sənayedə metroloji təminat və süni intellektin inteqrasiyası”, İnT24 saylı qrup tələbəsi Firdovsi Allahverdi­li “Kibertəhlükəsizlikdə Red Team və Blue Team: hücum və müdafiə rolları”, E22 saylı qrup tələbəsi Xədicə Məmmədli “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi”, NM22 saylı qrup tələbəsi Nurlan Rəhimov “Hibrid nəqliyyat vasitələrinin enerji idarəetmə sistemləri”, EEM24 saylı qrup tələbəsi Ləman Məcidova “RFID texnologiyasının günümüzə inteqrasiyası və müasir tətbiq sahələri”, KM22 saylı qrup tələbələri Rəhman Əliyev və Məleykə Mahmudlu “Proqramlaşdırma və Startap Ekosistemi: İT və proqramlaşdırmada Startap Ekosisteminin rolu, EM23 saylı qrup tələbəsi Zinyət Mahmudova “Azərbaycan Respublikasında əsas ekoloji problemlər mövzularında məruzələr dinlənilib.

Tədbirin sonunda iştirakçılar tərəfindən təqdim olunan məruzələr ətrafında müzakirələr aparılıb, tələbələrin elmi tədqiqat yönümündə aktivliyi və texnoloji trendlərə marağı yüksək qiymətləndirilib. Mühəndislik fakültəsi tərəfindən təşkil olunan bu cür tədbirlər tələbələrin elmi potensialının inkişafına, analitik və innovativ düşüncə qabiliyyətlərinin formalaşmasına töhfə verir.