Mingəçevir DövIət Universitetinin tələbələri Regionlar Kubokunun final mərhələsində iştirak edib

Mingəçevir DövIət Universitetinin tələbələri

Regionlar Kubokunun final mərhələsində iştirak edib

 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş region gəncləri ilə Şəkinin “Marxal Resort Hotelinin” Nuxa zalında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Regionlar Kuboku”nun Final-Bağlanış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Təşkilat komitəsinin sədri Azad Manaflı, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vuqar İsgəndərov, “Marxal Resort Hotelin” meneceri Nəcəf Bədəlov komandalara uğurlar arzulayıblar.

Bundan sonra rəsmi hissəyə yekun vurularaq II Regionlar Kubokunun ilk sualı səsləndirilib. II Regionlar Kubokununun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, region gənclərinin intellektual potensialının artırılması, potensiallı gənclərin üzə çıxarılması, region gənclərinin intellektə situmullaşdırılması eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun finalında seçim turunda uğurlu nəticə qazanan komandalar ilə yanaşı digər regionlardan olan 30 komanda kubok uğrunda mübarizəyə qoşulub. 3 turdan ibraət səsləndirilən 45 sualın sonunda III yerə Oğuz rayonunun “Kayzen” komandası (MDU-nun məzun komandası) layiq görülüb. İsmayıllının “Niyal” komadası isə gümüş medalla kifayətlənməli olub. Regionların ən güclüsü isə Mingıçevir şəhərinin “İstiqlal” komandası olaraq kuboku başı üzərinə qaldırıb. Qaliblər tərəfdaşlar tərəfindən dəyərli hədiyyələr, diplom və medallar ilə təltif olunublar. Sonda isə II Regionlar Kubokunun mükafatçıları ilə xatirə şəkili çəkdirilib.

Mingəçevir Dövlət Universitetinin “Stimul” komadası isə Şəkinin Marxal komandası ilə 4-cü yeri bölüşüblər. Mingəçevir Dövlət Universiteti ilk yerlərdə yer ala biməsədə region unversitetləri arasinda (MDU, ADAU, ADİU Zaqatala filialı, ADPU Şəki filialı, ADPU Şamaxı filialı, GDU) ən yaxşı nəticəni göstərib.

{phocagallery view=category|categoryid=249|limitstart=0|limitcount=0}