Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov qlobal pandemiya ilə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən son tədbirlər barədə ətaflı məlumat verib və bir daha kollektivin bütün üzvlərini karantin dövrünün tələblərinə ciddi riayət etməyə çağırıb.

İclasın gündəliyinə əsasən, Ş.Bayramov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı barədə məlumat verib. Mövcud şəraitdə belə bir qərarın verilməsini ölkə başçısının həm sosial baxımdan həssas əhali qrupuna, həm də təhsil sahəsinə göstərdiyi davamlı yüksək diqqət və qayğısının növbəti nümunəsi olduğunu vurğulayan Ş.Bayramov sözügədən qərarın icrası istiqamətində MDU-da görülməli olan işlər barədə müvafiq göstərişlər verib.

Sonra karantin müddətində MDU-da bakalavriat və magistratura səviyyələrində tədrisin təşkilinin mövcud vəziyyəti ətraflı müzakirə olunub. Tədris prosesində uğurla tətbiq olunan “Microsoft Teams” və “ZOOM” platformaları, eləcə də “Videodərslər” barədə geniş fikir mübadiləsi aparılıb. Dekanların hər bir fakultə üzrə dərslərin keçirilməsi vəziyyətinə dair hesabatı dinlənildikdən sonra tələbələrin virtual dərslərdə iştirakçılıq səviyyəsinin daha da artırılması, dekanlıqlar və kafedralar tərəfindən bu istiqamətdə həyata keçirilməli olan tədbirlər, Tədris şöbəsi tərəfindən dərslərin keyfiyyət monitorinqinin gücləndirilməsi və digər məsələlərə dair konkret tapşırıqlar verilib.

Daha sonra, Ş.Bayramov MDU-da mövcud şəraitə uyğun kommunikasiyanın qurulması, verilmiş qərarların vaxtında və keyfiyyətlə icra edilməsi, əməkdaşların və tələbələrin internet resurslarından istifadə zamanı diqqət yetirməli olduqları məqamlar və digər məsələlər barədə öz tövsiyələrini səsləndirib və müvafiq tapşırıqlar verib.

Koronavirusla mübarizəyə dəstək məqsədilə kollektiv üzvləri və tələbələr tərəfindən həmrəylik göstərilməsinin vacibliyinin vurğulandığı Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib.

{phocagallery view=category|categoryid=358|limitstart=0|limitcount=0}