Mingəçevir Dövlət Universiteti tələbələrinin və valideynlərin nəzərinə!

Mingəçevir Dövlət Universiteti tələbələrinin və valideynlərin nəzərinə!

 

Əziz tələbələr! Hörmətli valideynlər!

Məlumunuz olduğu kimi, Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına cari ilin 8 iyun tarixində start veriləcəkdir.

İmtahan sessiyası ilə bağlı tələbələrin və valideynlərin yarana biləcək bütün suallarının operativ cavablandırılması məqsədilə, 2020-ci ilin 26 may tarixindən başlayaraq hər gün aşağıdakı qrafik üzrə Microsoft Teams platforması üzərindən online görüşlər keçiriləcəkdir:

Saat

Fakültə

Sualları cavablandıracaq məsul şəxslər

11:00

Mühəndislik

Almaz Əiyeva (Dekan əvəzi)

Üzeyir Zeynalov (Tədris şöbəsinin müdir müavini)

12:00

İqtisadiyyat və idarəetmə

Nüşabə Qədimli (Dekan)

Üzeyir Zeynalov (Tədris şöbəsinin müdir müavini)

13:00

Pedaqoji

Nizami Zeynalov (Dekan)

Üzeyir Zeynalov (Tədris şöbəsinin müdir müavini)

Eyni zamanda, tələbələr və valideynlər müvafiq suallarına cavab almaq üçün aşağıdakı məsul şəxslərlə telefon əlaqəsi də saxlaya bilərlər:

     Almaz Əliyeva (Mühəndislik fakultəsinin dekan əvəzi) – Telefon: 0556634646

     Nüşabə Qədimli (İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı) – Telefon: 0507162535

     Nizami Zeynalov (Pedaqoji fakultənin dekanı) – Telefon: 0503477472

     Üzeyir Zeynalov (Tədris şöbəsinin müdir müavini) – Telefon: 0559161281

Bundan başqa, tələbələr və valideynlər müvafiq suallarını MDU-nun “Qaynar xətti”nin qaynarxett@mdu.edu.az elektron poçt ünvanına da göndərə bilərlər.

 

Rektorluq