Mingəçevir Dövlət Universitetində 2020/2021-ci tədris ilində boş qalan plan yerlərinin siyahısı

Mingəçevir Dövlət Universitetində 2020/2021-ci tədris ilində boş qalan plan yerlərinin siyahısı

Abituriyentlərin nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 5 oktyabr saat 09:00-dək uzadılıb.

Mingəçevir Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə boş qalan plan yerlərinin siyahısını təqdim edir:

       Riyaziyyat müəllimliyi (əyani)- 35;

       Energetika mühəndisliyi (əyani)- 3;

       Sənaye mühəndisliyi (əyani)- 34;

       Dövlət və bələdiyyə idarəetməsi (əyani)- 7;

       Maliyyə (əyani)- 10;

       Marketinq (əyani)- 10;

       Menecment (əyani)- 20;

       Mühasibat (əyani)- 20.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.