Mingəçevir Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbiri keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Mingəçevir şəhər Məşğulluq Mərkəzi Mingəçevir Dövlət Universitetində tələbə və məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılmaq məqsədilə “Karyerada ilk addım ” devizi altında tədbir təşkil etmişdir.

Açılış mərasimində çıxış edən Mingəçevir şəhər Məşğulluq mərkəzinin direktoru Elçin Abdullayev tələbələrə tədbirin mahiyyəti barədə məlumat verib.

E.Abdullayev gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, habelə tələbə və məzunların əmək bazarına inteqrasiyasına şərait yaradılması yönündə görülən işlərdən bəhs edib. Bildirilib ki, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri həmin gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib.

Tədbirin əsas məqsədi isə məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda, işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsidir.

Yarmarkada 12 müəssisə tərəfindən 64 vakant iş yeri olmaqla (250-500 manat aylıq əmək haqqı) tələbə və məzunların seçiminə təqdim edilmişdi. Vakant iş yeri təqdim edilən müəssisələrin Mingəçevir şəhər Təhsil Şöbəsinin, ƏƏSMN yanında DSMF Mingəçevir şəhər şöbəsinin, Azərbaycan İES MMC-nin, Peşə məktəbinin, “Atəşgah” Sığorta Şirkətinin, Gigiyena və Epidomologiya Mərkəzinin, ETSN Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və s. nümayəndələri tələbə və məzunlara mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat veriblər. Gənclər isə işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları CV vasitəsilə təqdim edirdilər.

Tədbiri işəgötürənlər üçün də faydalı hesab etmək olar. Çünki onlar bununla gələcəkdə bu və ya digər ixtisaslar üzrə işə qəbul edəcəkləri kadrların seçimini aparmaq imkanı əldə ediblər. Təklif olunan vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya boş vaxtları ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alınıb.

Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və onlarda öz bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır.

Mingəçevir Dövlət Universitetində keçirilən tədbirin gedişində işaxtaranların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilib.

{phocagallery view=category|categoryid=210|limitstart=0|limitcount=0}