Mingəçevir Dövlət Universitetində tədris prosesində innovativ metodlara üstünlük verilir

Mingəçevir Dövlət Universitetində tədris prosesində

innovativ metodlara üstünlük verilir

Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat” kafedrasının 2019-2020-ci tədris ili üçün iş planına və açıq dərslərin keçirilməsi qrafikinə uyğun olaraq 01 noyabr 2019-cu il tarixdə  “İqtisadiyyat və idarəetmə” fakültəsi “Dövlət və bələdiyyə idarəetməsi” III kurs DB17 saylı qrupda “İqtisadiyyatın tənzimlənməsi” fənnindən “İqtisadiyyatın tənzimlənməsinin büdcə-vergi mexanizmləri” mövzusunda seminar – açıq dərs keçirilib. Açıq dərsdə “İqtisadiyyat” kafedrasının müdiri dos. Cəmilə Musayeva, kafedranın əməkdaşları, dos. Ofeliya Səmədova, baş müəllim Nazim Niftəliyev, müəllim Arif Kələşov, laborant Səadət Yusibova iştirak ediblər. Fənni tədris edən, “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyevin təşəbbüsü ilə açıq dərsin keçirilməsi qrupun aktiv tələbələrindən biri Anar Quliyevin hazırladığı təqdimat və video-çarxlar əsasında qurulub. Öncə Anar Quliyev iqtisadiyyatın tənzimlənməsinin büdcə-vergi mexanizmləri haqqında hazırladığı olduqca əhatəli və maraqlı materialları təqdim edərək bu sahədə özünün bilik və bacarıqlarını nümayiş edib. Onun təqdimatı tələbələrdə böyük maraq doğurub və seminarın daha səmərəli keçməsinə səbəb olub.

Fənn müəllimi A.Tağıyev iqtisadiyyatın dövlət tənzimlənməsi zərurəti və iqtisadi tənzmləmənin əsas və ən təsirli alətlərindən biri kimi büdcə-vergi mexanizmləri haqqında daha geniş məlumat verməklə müəyyən dəqiqləşdirmə aparıb. Seminarın gedişatında digər tələbələrin əlavələri və sualları müzakirə edilib.

Sonra kafedra müdiri dos. C.Musayeva açıq dərs və seminarın gedişatı haqqında öz fikir və mülahizələrini bildirib. O, Anar Quliyevin təqdimatını yüksək qiymətləndirərək eyni zamanda qeyd edib ki, açıq dərslərdə müzakirə olunan mövzu ətrafında qrupun digər tələbələri də aktiv iştirak etməlidirlər.

Sonda fənn müəllimi A.Tağıyev seminara yekun vuraraq A.Quliyevə və iştirakçılara minnətdarlığını bildirib. O, Anar Quliyevə təklif edib ki, hazırladığı təqdimatı daha da təkmilləşdirib Tələbə Elmi Cəmiyyətinin növbəti iclaslarının birində çıxışa hazırlasın.

{phocagallery view=category|categoryid=223|limitstart=0|limitcount=0}