Mingəçevir Dövlət Universitetinin əməkdaşı şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirlərində fəal iştirak edib

Mingəçevir Dövlət Universitetinin əməkdaşı şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirlərində fəal iştirak edib

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

Bu tədbirlər çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı Nərgiz Həsənova bir ay müddətində 25-dən artıq şəhid ailə üzvlərinə və onların yaxınlarına mövcud şəraitlə əlaqədar olaraq sosial-psixoloji xidmət göstərib.

Şəhid ailələrinin öz evlərində görüşlər təşkil edilərək, onlara düşdükləri gərgin depressiv vəziyyətdən, stres halından çıxmaqda yardım edilib.

Qeyd edək ki, ölkəmizdə sosial həssas qrupa daxil olan ailələrə göstərilən dəstək tədbirlərində MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri fəal iştirak edirlər.

{phocagallery view=category|categoryid=492|limitstart=0|limitcount=0}