Mingəçevir Dövlət Universitetinin əməkdaşları COVID-19 infeksiyası ilə mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edirlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları COVID-19 infeksiyası ilə mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edirlər

Qlobal pandemiya ilə mübarizə istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərə dəstək göstərilməsində Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivi də yaxından iştirak edir. Belə ki, MDU-nun bir qrup əməkdaşı Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən birgə həyata keçirilən kütləvi maarifləndirmə işinə fəal qoşulub.

Şəhər sakinləri ilə görüşən universitet əməkdaşları onları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə bir daha tanış edir və zəruri ehtiyac olmadıqda evdən çıxmamağın vacibliyini bildirirlər. Vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağıran MDU əməkdaşları tibbi maska taxmağın, sosial məsafə saxlamağın və dezinfeksiyaedici məhlullardan mütəmadi istifadənin önəmini diqqətə çatdırırlar.

Bundan başqa, sakinlərlə keçirilən görüşlərdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın COVID-19 ilə mübarizə sahəsində nümunəvi ölkələrdən biri hesab olunması, ölkəmizin təşəbbüsü ilə təşkil olunan Türk Şurasının fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə toplantısı, eləcə də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi barədə məlumatlar verilir.

Şəhər sakinlərinə müvafiq maarifləndirici broşuralar paylanılır.

{phocagallery view=category|categoryid=415|limitstart=0|limitcount=0}