Mingəçevir Dövlət Universitetinin əməkdaşları Yevlax və Bərdə rayon məktəblərinin buraxılış siniflərinin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Yevlax və Bərdə rayon

məktəblərinin buraxılış siniflərinin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin professor və müəllim heyətinin nümayəndələrindən ibarət təbliğat-təşviqat qrupları respublikanın müxtəlif şəhər və rayonlarının ümumtəhsil məktəblərinin buraxılış sinifləri ilə görüşlər keçirilir. Məqsəd MDU-nun təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etməkdir. Yevlax və Bərdə rayonlarına səfər edən “Mexanika” kafedrasının baş müəllimi Qəzənfər Əliyev, “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov, “İnformasiya texnologiyaları” kafedrasının müəllimi Asudə Abdurrahmanova, “Pedaqoji” fakültənin metodisti Lamiyə İbrahimova əvvəlcə Yevlax şəhərində “Kainat hazırlıq kursunun” buraxılış sinifi ilə görüşüblər. Şagirdlər Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən video-çarxa maraqla tamaşa etdilər. Onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərə bukletlər təqdim edildi. Xatirə şəkilləri çəkdirildi.

Sonra təbliğat qrupu Bərdə şəhərinə səfər ediblər. Akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki fənnlər təmayüllü məktəb-liseyi; Bərdə şəhər 5 nömrəli tam orta məktəb; Bərdə şəhər F.M.Muradov adına 7 saylı tam orta məktəb, Bərdə şəhər 8 nömrəli tam orta məktəb və Bərdə Hazırlıq kursunu ziyarət edib, buraxılış siniflərinin şagirdləri ilə görüşüblər. Buraxılış sinifləri, məktəblərin pedaqoji heyəti, valdeynlər Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən video-çarxa maraqla tamaşa ediblər. Onları maraqlandıran suallar cavablandırılıb. Şagirdlərə bukletlər təqdim edilib. Xatirə şəkilləri çəkdirilib.

{phocagallery view=category|categoryid=162|limitstart=0|limitcount=0}