Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəki və Qax rayon məktəblərinin buraxılış siniflərinin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəki və Qax rayon

məktəblərinin buraxılış siniflərinin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin müvafiq əmri ilə universitetin professor və müəllim heyətinin nümayəndələrindən ibarət təbliğat-təşviqat qrupları respublikanın müxtəlif şəhər və rayonlarının ümumtəhsil məktəblərinin buraxılış sinifləri ilə görüşlər keçirilir. Məqsəd MDU-nun təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etməkdir. Şəki və Qax rayonlarına səfər edən “Karyera mərkəzinin” direktoru Üzeyir Zeynalov, metodist Akif Rəhimov, “İqtisadiyyat” kafedrasının baş müəllimi Mehriban Kərimova, “Pedaqoji” fakültənin tyotoru Aynurə Zeynalova ilk olaraq Şəki rayon Təhsil şöbəsinin müdiri Südabər İsmayılova ilə görüşdən sonra, şöbənin əməkdaşı Məmməd Qədirovun müşayəti ilə 5 saylı tam orta məktəbdə olublar.

5 saylı məktəbin direktoru Filyar İbrahimova rəhbərlik etdiyi məktəbin uğurları haqqında ürəkdolusu danışdı. Şagirdlərlə görüşdə Mingəcevir Dövlət Universiteti, onun ixtisasları haqqında məlumat verib, universitetin fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu. Yuxarı sinif şagirdləri və onların valideynlərini maraqlandıran suallara ətraflı cavab verildi.

Şəki şəhər 14 nömrəli məktəbdəki görüşdə yuxarı sinif şagirdləri ilə birgə, müəllimlər və valideynlər də iştirak edirdilər. 5 nömrəli orta məktəbin direktoru İradə Abdullayeva məktəb haqqında məlumat verdi. Buraxılış siniflərindən söz açdı. Orta məktəb şagirdləri Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən video-çarxa maraqla tamaşa etdilər. Onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərə bukletlər təqdim edildi. Xatirə şəkilləri çəkdirildi.

Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü lisey direktoru Firqət Məmmədovla görüş şagirdlərlə birgə keçdi. Direktor məktəbin uğurlarından ürəkdolusu danışdı. Şagirdlərlə görüşdə Mingəcevir Dövlət Universiteti, onun ixtisasları haqqında məlumat verib, universitetin fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu. Yuxarı sinif şagirdləri və onların valideynlərini maraqlandıran suallara ətraflı cavab verildi.

Növbəti səfərimiz Qax rayonuna oldu. Qax rayon Təhsil şöbəsinin Metod Kabinetin müdiri Günay Mahmudova ilə səmimi görüşümüzdən sonra onun müşayəti ilə Qax şəhərinin Hazırlıq Mərkəzinin direktoru Elşad Bəkirovla birgə rayonun buraxılış siniflərinin bu təhsil ocağında hazırlıqla məşgul olan şagirdləri ilə görüşüblər.

Şagirdlərə universitet haqqında ətraflı məlumat verildi və onlar video-çarxa maraqla tamaşa etdilər. Səmimi qəbuldan sonra məzunlar Mingəçevir Dövlət Universitetinin ixtisaslarına üstünlük verəcəklərini bildirdilər. Xatirə şəkilləri çəkdirildi.

{phocagallery view=category|categoryid=163|limitstart=0|limitcount=0}