Mingəçevir Dövlət Universitetinin əməkdaşları regionlarda buraxılış siniflərin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin əməkdaşları

regionlarda buraxılış siniflərin şagirdləri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin müvafiq əmri ilə universitetin professor və müəllim heyətinin nümayəndələrindən ibarət təbliğat-təşviqat qrupları respublikanın müxtəlif şəhər və rayonlarının Təhsil şöbələrinin rəhbərləri və həmin regionlar üzrə ümumtəhsil məktəblərinin buraxılış sinifləri ilə görüşlər keçirilir. Məqsəd MDU-nun təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etməkdir. Qəbələ – Oğuz regionuna səfər edən “Humanitar fənlər” kafedrasının dosenti Namaz Manafov, İqtisadiyyat və idarəetmə faklütəsinin dekan müavini, baş müəllim Nazim Niftəliyev, “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi İlhamə İsmayılova və kafedranın müəllimi Sevinc Səmədova ilk olaraq Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova ilə görüşüblər.

Təhsil şöbəsinin müdiri qeyd edib ki, Qəbələ şəhəri və onun kəndlərində 16600 şagird təhsil alır. Onlardan 1200 nəfəri bu tədris ilində orta məkəbləri bitirəcəkdir. Arifə Bayramova bildirdi ki, Qəbələdə  Mingəçevir Dövlət Universitetini respublikamızın ən yaxşı ali məktəblərindən biri kimi tanıyırlar. Hazırda bu universitetdə 70-dən çox qəbələli təhsil alır. Ümid edirəm bu il də məzunların əksəriyyəti öz sənədlərini Mingəçevir Dövlət Universitetinə verəcəkdir.

Sonra Təhsil Şöbəsinin inspektoru Rasim Bayramovun müşayiəti ilə Qəbələ şəhərinin qabaqcıl 1, 2 və 5 saylı orta məktəblərində buraxılış sinif şagirdləri ilə görüş keçirildi.

1 saylı məktəbin direktoru Məhəbbət Rüstəmova rəhbərlik etdiyi məktəbin uğurlari haqqında ürəkdolusu danışdı.  Məktəbdə 670 şagird təhsil aldığını. Bu il məktəbi 52 şagirdin bitirəcəyini qeyd etdi. Görüş iştirakçılarına Mingəcevir Dövlət Universiteti, onun ixtisasları haqqında məlumat verib, universitetin fəaliyyətini əks etdirən video-çarxı nümayiş etdirdik.  Yuxarı sinif şagirdləri və onların valideynlərini maraqlandıran suallara ətraflı cavab verildi.

Qəbələ şəhər 5 nömrəli məktəbdəki görüşdə yuxarı sinif şagirdləri ilə birgə, müəllimlər və valideynlər də iştirak edirdilər. 5 nömrəli orta məktəbin direktoru Zərnişan Ağamirzəyeva məktəbdə 609 şagirdin təhsil aldığını bildirdi. Orta məktəb şagirdləri Mingəçevir Dövlət Universitetinin fəaliyyətini əks etdirən video-çarxa maraqla tamaşa etdilər. Onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərə bukletlər təqdim edildi. Xatirə şəkilləri çəkdirildi.

Növbəti səfərimiz Oğuz rayonuna oldu. Oğuz rayon Təhsil şöbəsinin müdir müavini Nəsimi Adıyevlə səmimi görüşümüzdən sonra, şöbənin metodisti Kərim Əhmədovun müşayiəti ilə Oğuz şəhərinin 1, 2, 3 saylı orta məktəblərdə buraxılış sinif şagirdləri ilə görüşüblər.

1 saylı orta məktəbin direktoru İsmayıl Məşədiyev rəhbərlik etdiyi məktəbin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, 1 nömrəli məktəbdə 601 şagird təhsil alır. Bu il məktəbi 55 şagird bitirtir. Onların hamısı ali məktəblərə qəbul imtahanlarında iştitak ediblər. Məzunlar Mingəçevir Dövlət Universitetinin  ixtisaslarına üstünlük verəcəklərini bildirdilər. Şagirdlərə universitet haqqında ətraflı məlumat verildi və onlar video-çarxa maraqla tamaşa etdilər.

Oğuz şəhər 2 saylı orta məktəbdə 160 şagird təhsil alir. Məktəb direktoru Anar Məcidovun məlumatına görə məktəbi bu il cəmi 10 şagird bitirəcəkdir. X-XI sinif şagirdləri Mingəçevir Dövlət Universiteti haqqında məlumatları diqqətlə dinlədilər. Məktəb kitabxanasına hədiyyə olaraq universitetin professor-müəllimlərinin kitabları bağışlandı.

Oğuz şəhər 3 saylı məktəb-liseyin direktoru Elxan Bilalov məktəbdə 656 şagirdin təhsil aldığını bildirdi. Şagirdlərin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olduğunu qeyd etdi. Bu il məktəbi 55 şagirdin bitirəcəyini vurğuladı. Onlar Mingəçevir Dövlət Universitetinin həyatını əks etdirən  video-çarxa tamaşa edib, universitet haqqında məlumatlara diqqətlə qulaq asdılar.

Sonda təhsil işçiləri ilə xatirə şəkilləri çəkdirildi.

{phocagallery view=category|categoryid=164|limitstart=0|limitcount=0}