Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı tərəfindən Ali Baş Komandana məktub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı tərəfindən Ali Baş Komandana məktub

      Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı tərəfindən Ali Baş Komandanımıza ünvanlanan minnətdarlıq məktubu Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet səhifəsində dərc olunub.

16 noyabr 2020, 13:18

Flora Namazova və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Doğma Azərbaycanımızın möhtəşəm tarixi zəfəri hər bir azərbaycanlı kimi, bizi də ürəkdən sevindirir. Sizin uzaqgörən siyasətiniz, sərkərdə qətiyyətiniz və yüksək diplomatik məharətiniz ölkəmizin şanlı Qələbəsini təmin etdi. Bizə qalibiyyət və fəxarət hissləri yaşatdığınız üçün Sizə təşəkkür edirik.

Biz – uzun illər doğma yurdlarından didərgin düşmüş Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı bu tarixi Qələbəni hər zaman böyük həsrətlə gözləmişik. Siz hazırda sonsuz sevincini yaşadığımız Qələbənin memarı olmaqla, bizim kimi minlərlə insanın həyatını dəyişdiniz. Otuz ilə yaxın müddətdə həsrətini çəkdiyimiz doğma torpaqlarımızı düşmən işğalından azad etməklə bizə ikinci həyat verdiniz. Ata-babalarımızın uyuduğu doğma yurdlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Əminik ki, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz Sizin sayənizdə bərpa ediləcək, cənnət Qarabağımız tezliklə gülüstana çevriləcəkdir.

Tanrı Sizi, qəhrəman əsgərlərimizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Mingəçevir Dövlət Universitetinin əməkdaşları:

Namazova Flora (Ağdam rayonu)

Quliyeva Tahirə (Xocalı rayonu)

Əliyeva Zemfira (Qubadlı rayonu)

Novruzova Səbinə (Ağdam rayonu)

Qocayeva Şükufə (Ağdam rayonu)

Abdullayeva Xəyalə (Ağdam rayonu)

Əliyev Sahib (Ağdam rayonu)

Bağırov Rizvan (Ağdam rayonu)

Babuşov Sabir (Ağdam rayonu)

Qəhrəmanov Səbuhi (Ağdam rayonu)

Azərbaycan Respublikası, Mingəçevir şəhəri

president.az