Mingəçevir Dövlət Universitetinin rektoru magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb

2020-ci ilin 23 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin magistratura səviyyəsində təhsil alan tələbələrin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən görüşün əsas məqsədi magistratura səviyyəsində tədrisin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılması və magistrantları maraqlandıran sualların cavablandırılması olub.

Magistrantlara xüsusi karantin rejiminin tələblərinə riayət etməyin vacibliyini xatırladan Ş.Bayramov ölkə başçısının birbaşa rəhbərliyi ilə Azərbaycanda koronavirusla mübarizə sahəsində uğurla reallaşdırılan dövlət siyasətindən danışıb. İndiki şəraitdə 4 may tarixinin bütün təhsil müəssisələrində ilk tədris günü kimi müəyyən onulduğunu qeyd edən Ş.Bayramov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı barədə ətraflı məlumat verib.

Rektor magistrantların virtual dərslərin keçirilməsi, imtahana qədərki balların hesablanması, imtahanların təşkili, elmi-pedaqoji təcrübənin başa çatdırılması, magistr dissertasiyalarının hazırlanması, təhsil haqlarının ödənilməsi və digər məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb. Ş.Bayramov dissertasiyaların yazılması istiqamətində magistrantlara zəruri dəstək göstərilməsi üçün kafedralara müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb. Sonuncu kursda təhsil alan magistrantların öz təhsillərini normativ müddət çərçivəsində başa vuracaqlarına ümid etdiyini bildirən rektor onlara doktorantura səviyyəsində təhsil və karyera inkişafı sahəsində MDU tərəfindən müvafiq köməklik göstəriləcəyini bildirib.

Görüşdə magistrantları maraqlandırıan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

{phocagallery view=category|categoryid=364|limitstart=0|limitcount=0}