MDU-da müsahibəyə hazırlıqla bağlı təlim keçirilib

  • Post category:Karyera

2022-ci ilin 30 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Müsahibədə mən” adlı təlim keçirilib.

Təlimdə MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Babək Hüsüyev təqdimatla çıxış edərək işaxtarma və işə müraciət qaydaları, müsahibəyə hazırlıq və müsahibədə diqqət yetirilməli nüanslar barədə ətraflı məlumat verib. Daha sonra praktiki tapşırıqlar yerinə yetirilib və tələbələrin sualları cavablandırılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.