MDU tələbələri Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər

2022-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrin Mingəçevir Tarix Muzeyinə ekskursiyası təşkil edilib.

Ekskursiya “Turizm marşurutları və ekskursiya işinin təşkili” fənni üzrə “Tematik ekskursiyalar” mövzusunda keçirilən mühazirə çərçivəsində həyata keçirilib. Fənn müəllimi Lalə Əhmədova ekskursiyanın tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, öz peşələrinə daha yaxından bələd ola bilmələri məqsədi daşıdığını bildirib.

Tələbələr muzeyin fəaliyyəti ilə yaxından tanış olub, burada qorunub saxlanılan eksponatlar və Mingəçevirdə aparılmış arxeoloji qazıntılar haqqında ətraflı məlumatlar əldə ediblər. Muzeyin əməkdaşları tələbələrə tarixi-mədəni irsin qorunmasında muzeylərin əhəmiyyətli rolundan bəhs ediblər.

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.