Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2026-cı ilin 24–25 aprel tarixlərində Mingəçevir Dövlət Universitetində “Psixologiyada Multidisiplinar Elmi Tədqiqatlar” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.
Konfransın məqsədi psixologiya və əlaqəli sahələr üzrə aparılan müasir tədqiqatların müzakirəsi, multidisiplinar yanaşmaların təşviqi, elmi nəticələrin paylaşılması və akademik əməkdaşlıq platformasının formalaşdırılmasıdır.
Konfransda ali təhsil və tədqiqat müəssisələrini təmsil edən akademik heyət üzvləri, eləcə də doktorant, dissertant, magistrant və gənc tədqiqatçılar iştirak edə bilərlər.
Konfrans istiqamətləri:
1. Ümumi psixologiya
2. Sosial psixologiya
3. Uşaq və yaş psixologiyası
4. Pedaqoji psixologiya
5. Klinik psixologiya
6. Xüsusi pedaqogika
7. İnklüziv təhsil
8. Rəqəmsal psixologiya və süni intellekt
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Mətn A4 formatı (210×297 mm) MS Word proqramında, Times New Roman şrifti -12 ölçü, sətirlərarası interval – 1.15, abzas – 1.0 nk, kənar boşluqlar: hər tərəfdən 2.0.sm yazılmalıdır:
– konfransa təqdim olunan materialın (məqalə və ya tezis) həcmi – ən azı 3-5 səhifə;
– məruzənin (tezisin) adı ortada böyük hərflərləqara şriftlə verilir;
– müəllif haqqında məlumatlar (adı, ata adı, soyadı) məruzənin adından sonra ortada adi şriftlə, müəllif(lər)in elmi dərəcəsi və elmi adı, ölkənin adı, iş və təhsil müəssisəsi kursivlə verilir;
– elektron poçt ünvanı, ORCİD, mobil telefon nömrəsi;
– açar sözlər (5-7 söz): Azərbaycan, ingilis və türk dillərində;
– xülasə (200-250 söz): məqalənin dilindən başqa ingilis və türk dillərində;
– ədəbiyyat mətnin sonunda əlifba sırası ilə və APA üslubuna uyğun olaraq sadalanır.
KONFRANS MATERİALLARI İLƏ BAĞLI TƏLƏBLƏRLƏ TANIŞ OLMAQ ÜÇÜN PDF FAYLA KEÇİD ET.
Tezisin konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyən ediləcək. Lazım gələrsə, tezis bölmənin şərh və qeydlərinə əsasən düzəldiləcək və yenidən təqdim ediləcək. Bölmə üzrə təqdim olunmuş şərh və qeydlər qəbul edilmədiyi, müvafiq düzəlişlər aparılmadığı və materiallar müəyyən edilmiş müddət çərçivəsində təqdim olunmadığı təqdirdə, tezis konfrans materialları toplusuna daxil edilməyəcəkdir.
Müraciət zamanı tezisin plagiatdan (istənilən antiplagiat proqramı) keçirilməsinə dair nəticənin surəti müəllif tərəfindən tezis ilə birlikdə göstərilən elektron ünvana göndərilməlidir. Plagiat faizi 25%-dən artıq olmamalıdır.
Konfrans materialları toplu şəklində dərc olunacaq.
Bir müəllifdən yalnız bir tezis müəllif və ya həmmüəllif kimi qəbul ediləcək.
Məqalələr 10 aprel 2026-cı il tarixinədək psyconference@mdu.edu.az elektron poçt ünvana göndərilməlidir.
Konfransın müzakirə mövzuları və təqdim olunacaq tezislərlə bağlı əlavə məlumat üçün əlaqələndirici şəxs – Mingəçevir Dövlət Universitetinin Pedaqogika və Psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva ilə əlaqə saxlaya bilərsiniz.
E-poçt: niftaliyeva.nargiz@mdu.edu.az
Tel.: (+994 77) 510-83-48
(+994 50) 627-63-73