You are currently viewing 2024/2025-Cİ TƏDRİS İLİNDƏ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2024/2025-Cİ TƏDRİS İLİNDƏ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

MDUda sənəd qəbulu onlayn aparılacaq!

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər mütləq  “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeydiyyat prosesi 2024-cü ilin 28 avqust saat 10:00-dan başlayaraq 6 sentyabr saat 18:00-dək davam edəcək.

Qeyd: “portal.edu.az” saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

portal.edu.az saytına aşağıda tələb olunan sənədlərin yüklənməsi vacibdir:

  1. Təhsil haqqında sənəd (Subbakalavrlar üçün) – Diplom və ya arayış PDF formatda (skan edilmiş formada);
  2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün) (skan edilmiş formada);
  3. Ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün) (skan edilmiş formada);
  4. Abituriyentin imtiyazlı olmasını təsdiq edən sənədlər (skan edilmiş formada).

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

Tədris şöbəsi:                                                          055 627-39-30

Təhsil fakültəsi:                                                       050 347-74-72

Mühəndislik fakültəsi:                                            055 663-46-46

İqtisadiyyat və idarəetmə fakültəsi:                     050 716 25-35

İctimaiyyətlə əlaqələr şöbəsi:                               051 500-45-66

Həftənin iş günləri saat 09:00-dan 18:00-dək əlaqə saxlanılması xahiş edilir.

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçdikdən sonra tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etmələri tələb olunur:

  1. Attestatın əsli;
  2. Şəxsiyyət vəsiqəsinin surəti (4 ədəd);
  3. Subbakalavrlar üçün diplom və diplom içliyi (əsli və notarial qaydada təsdiqi)
  4. 3×4-ə 6 ədəd şəkil (ağ fonda);
  5. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  6. İpli qovluq;
  7. Sağlamlıq haqqında arayış
  8. Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə);
  9. Abituriyentin imtiyazlı olmasını təsdiq edən sənədlər (Notarial qaydada təsdiq).

QEYD: Qeydiyyatdan keçmək üçün abituriyentlərin aktiv istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir, həmçinin qeydiyyat zamanı abituriyentlərin iş nömrəsi və parolu tələb olunur. 

Abituriyentlər təhsil haqqını MDU-ya necə ödəyə bilər?

Abituriyentlər təhsil haqlarını 4 üsulla ödəyə bilərlər:

  1. “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə. Ödəniş edərkən tələb olunan məlumatları daxil etmək mütləqdir (fakültə və qrup barədə məlumat xanasında isə abituriyentin iş nömrəsi qeyd edilir);
  2. MDU-nun hesabına birbaşa mədaxil etməklə. Bu əməliyyatı “Kapital Bank”ın filial və şöbələrində etmək mümkündür.
  3. Onlayn qaydada Hökümət Ödəniş Portalı vasitəsilə: https://gpp.az/Bütün ödənişlər – Təhsil – Ali Təhsil Müəsisələri – Şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək ödəniş edə bilərsiniz.
  4. Digər hesablardan MDU-nun bank hesabına köçürmə yolu ilə. MDU-nun bank rekvizitləri:

Mingachevir State University

VÖEN 2700208321

h/h AZ15AİİB33080019442905187129

Kapital bank Mingəçevir

Kod 200297

VÖEN 9900003611

M/H AZ37NABZ01350100000000001944

SWIFT AİİBAZ2X

Ödənişin təyinatında tələbənin soyadı, adı və atasının adı, eləcə də iş nömrəsi qeyd edilməlidir. Ödəniş qəbzi portal.edu.az  saytında qeydiyyat zamanı tələb olunan xanaya skan edilərək yüklənilməlidir.

2024/2025-Cİ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ İMTİYAZLI AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

  1. Orqanizmin funksiyalarının 81-100 faiz (I dərəcəli) və 61-80 faiz (II dərəcəli) pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər:

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notariat qaydada təsdiq edilməlidir.

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:

 –  Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notariat qaydada təsdiq edilmiş surəti;

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
  • Vəfat etmiş valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formada olmadıqda arayışın surəti notariat qaydada təsdiq edilməlidir(əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir).
  1. Şəhid ailəsinin üzvü olan abituriyentlər:

 –   Şəhid ailəsi vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

–   18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir;

–   Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

 –   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

  1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

–    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:

–    Sənəd elektron formada olmadıqda arayışın surəti notariat qaydada təsdiq edilməlidir.

  1. 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər:

 –   şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti, valideyni barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) və aylıq gəlirinin yaşayış minimumdan aşağı olması barədə notariat qaydada təsdiq olunmuş arayış

  1. Köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar:

 doğum haqqında sənədin notariat qaydada təsdiq edilmiş surəti, valideynlərinin birinin Çernobıl AES-də baş vermiş qəza ilə əlaqədar uzaqlaşdırma və köçürmə zonalarından köçürülməsi barədə notariat qaydada təsdiq olunmuş arayış, Çernobıl AES-də baş vermiş qəza zamanı 18 yaşınadək yeniyetmə olması barədə notariat qaydada təsdiq olunmuş arayış və valideyninin Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olması və ya Çernobıl qəzası nəticəsində zərər çəkməsi barədə notariat qaydada təsdiq olunmuş arayış.