Rektor Şahin Bayramovun Qurban Bayramı münasibətilə kollektiv üzvlərinə təbriki

Hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Bu bayram hər birimizi həmrəyliyə, mərhəmətə və xeyirxahlığa dəvət edir.

Builki Qurban bayramını hamımız fərqli şəraitdə keçirməli olsaq da, ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər, atılan qətiyyətli addımlar və xalqımızın göstərdiyi həmrəylik tezliklə qlobal pandemiya ilə mübarizədə qalib gələcəyimizə əminlik yaradır.

Hər birinizə səmimi təbriklərimi çatdırır, Qurban bayramının Sizə və ailələrinizə bol ruzi-bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Qurban bayramınız mübarək olsun!

        Hörmətlə,

        Rektor Şahin Bayramov