Rektor Şahin Bayramovun 2020/2021-ci tədris ilinin yaz semestrinin başlaması münasibətilə müraciəti

Rektor Şahin Bayramovun 2020/2021-ci tədris ilinin

yaz semestrinin başlaması münasibətilə müraciəti

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələrimiz və magistrantlarımız!

Bu gündən 2020/2021-ci tədris ilinin yaz semestrinə start veririk.

Mövcud reallıqlar nəzərə alınmaqla, tədris prosesi yenə də “Microsoft Teams” platforması üzərindən məsafədən həyata keçiriləcəkdir.

Əminəm ki, ötən semestr olduğu kimi, yaz semestri də Mingəçevir Dövlət Universiteti ailəsinin hər bir üzvünün tədris, elmi və ictimai fəaliyyətdə yeni-yeni nailiyyətləri ilə yadda qalacaqdır.

Hamımız üçün ortaq dəyər olan Mingəçevir Dövlət Universitetinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi yolunda hər birinizə uğurlar diləyirəm.

Sizi, məsafədən təşkil olunan dərslərdə fəal iştiraka davam etməyə, xüsusi karantin dövrünün müvafiq tələblərinə riayət etməklə özünüzü və doğmalarınızı qorumağa çağırıram.