Rektor Şahin Bayramovun Ramazan ayının başlanması münasibətilə təbriki

Rektor Şahin Bayramovun Ramazan ayının başlanması münasibətilə təbriki

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

 Ramazan ayının gəlişi münasibətilə Sizi təbrik edir, tutduğunuz orucların və etdiyiniz duaların qəbul olunmasını diləyirəm.

İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan ayında ailələrinizə xoşbəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram.

Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər bu il Ramazan ayını böyük fərəh hissləri və könül xoşluğu ilə qarşılamağımıza vəsilə olub.

Müqəddəs Ramazan ayının gəlişi münasibətilə Sizi bir daha təbrik edir, hər birinizə ən səmimi arzularımı çatdırıram.