You are currently viewing Rektor Şahin Bayramov: Hər birinizə uğurlar!

Rektor Şahin Bayramov: Hər birinizə uğurlar!

Mingəçevir Dövlət Universitetinin (MDU) əziz tələbə və magistrantları!

2022-ci ilin 03 iyun tarixində MDU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verdik.

Hər birinizə imtahanlarda uğurlar diləyir, yüksək nəticələr göstərməklə müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzulayıram.

İmtahan prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Sessiya müddətində İmtahan Qərargahı, Qaynar Xətt, İmtahanlara Dəstək Qrupu və Apellyasiya Komissiyası fəaliyyət göstərəcəkdir.

İmtahanlarda valideynlərin, ictimaiyyət nümayəndələrinin və MDU İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin olunacaqdır.

Sessiya dövründə hər həftənin çərşənbə günü saat 15:00-də rektorun iştirakı ilə hibrid formada “Açıq Qapı” Günü təşkil ediləcəkdir.

Əziz tələbə və magistrantlar!

İmtahanlarda uğur qazanacağınıza inanıram!