Rector's message

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov

özünün Facebook səhifəsində aşağıdakı mətndə müraciət paylaşıb

 

“Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün online (ZOOM platforması üzərindən) və offline (videodərslər vasitəsilə) formatda dərslərimiz davam edir.

MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan dərslər tələbələr və valideynlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Youtube üzərindən yayımlanan videodərslər (baxış sayı nəzərə alınmaqla) və ZOOM platforması vasitəsilə təqdim olunan online dərslər (online davamiyyət nəzərə alınmaqla) tələbələrimizin böyük marağına səbəb olub.

Mövcud şəraitdə tədris prosesində davamlılığın təmin olunmasında göstərdikləri səylərə və həmrəyliyə görə MDU-nun bütün əməkdaşlarına və tələbələrinə təşəkkür edirik.

Koronavirusa qarşı hamılıqla mübarizə apardığımız dövrdə, bir daha MDU ailəsinin bütün üzvlərini evdə qalmağa, müəllimlərimizi tədris prosesinə dəstək verməkdə davam etməyə, tələbələrimizi isə təqdim olunan dərslərdən daha çox faydalanmağa dəvət edirik.”