Mingəçevir Dövlət Universitetində “Rəqəmsal bacarıqların inkişafı üzrə” silsilə təlimlər başa çatıb

2024-cü ilin 27 noyabr tarixində MDU rəhbərliyinin dəstəyi, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin  və Rəqəmsal inkişaf və layihələrin idarə edilməsi şöbəsinin birgə təşkilatçılığı ilə 2024/2025-ci tədris ilinin birinci rübündə professor-müəllim heyəti üçün 4 modulda təşkil olunan “Rəqəmsal bacarıqların inkişafı üzrə” silsilə təlimlər başa çatıb. Təlimdə 120-yə yaxın əməkdaş iştirak edib.

Keyfiyyət təminat və davamlı inkişaf şöbəsinin  univeristetin professor-müəllim heyəti ilə keçirdiyi sorğuların təhlilindən alınan nəticələr, günümüzdə rəqəmsal alətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsinə yaranan tələbat bu sahədə ehtiyac duyulan təlimlərin təşkilini zəruri edib.

İnteraktiv təlimdə təlimçi Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev təlim planına uyğun materiallarla iştirakçıları tanış edərək WEB3.0 alətlərindən istifadə haqqında ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb və praktik oyun – tapşırıqlarla təlim nəticələrinin mənimsənilməsinə nail olub.