You are currently viewing MDU və Riqa Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

MDU və Riqa Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

2024-cü ilin martın 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Latviyaya səfəri çərçivəsində Riqa Texniki Universitetinin (RTU) rektoru Tālis Juhna ilə görüşüb.

Görüşdə hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı və tədqiqat potensialı barədə məlumatlar diqqətə çatdırılıb. Birgə fəaliyyətlərin mümkün istiqamətlərini müzakirə edən rektorlar əməkdaşlıqla bağlı ilkin şifahi razılıq əldə ediblər.

Qeyd edək ki, əsasən təbiət elmləri, informasiya texnologiyaları və mühəndislik sahələri üzrə kadr hazırlığı həyata keçirən RTU 2024-cü il üzrə QS Avropa Universitetləri Reytinqində 96-cı sırada yer alıb.