MDU-da “Dayanıqlı qida sistemi yolunda prioritet – təhlükəsizlik” mövzusunda elmi-praktik seminar keçirilib

5 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dayanıqlı qida sistemi yolunda prioritet – təhlükəsizlik” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibovanın moderatorluğu ilə keçirilən seminar iştirakçıların diqqətinə istehlakçı maarifləndirilməsi və dayanıqlı qida seçiminə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Aqroekoloq, fermer və consultant Elvin Atakişiyev “Ekoloji təmiz məhsul istehsalı”, Fizika və ekologiya kafedrasının müəllimlərindən Leyla Əhmədova “Dayanıqlı qidalanma kontekstində istehlakçıların maarifləndirilməsi təhsili”, Aysel Bayramova “Qida əlavələri və süni maddələr” və Gülgün İsrəfilova “Qida zəncirində təhlükəsizlik riskləri və onların qarşısının alınması yolları” mövzularında məruzələrlə çıxışlar ediblər.

Dinlənilən məruzələr maraqla qarşılanıb və fikir mübadiləsi aparılıb.

Seminar dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin sağlam və təhlükəsiz qida ilə təmin olunmasına töhfə verən maarifləndirmə fəaliyyətlərinin tərkib hissəsi kimi qiymətləndirilib