MDU-da seminar: “BiznesMən”

  • Post category:Karyera

2023-cü il mayın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “BiznesMən” adlı seminar keçirilib. Peşəkar təlimçi Tural Aslanlı tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.

Seminarda yeni dövrün reallıqlarında biznesin qurulması, biznes modelinin hazırlanması zamanı vacib məqamlar, startap ideyalarının və hobbi olaraq başlanılan məşğuliyyətlərin biznesə çevrilməsi yolları, məhsulun qiymətinin təyin edilməsi barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.