Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib

Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

MDU əməkdaşlarından şəhid ailəsi üzvü olan Flora Namazova və Kamella Həsənova, eləcə də Qarabağ savaşı iştirakçıları olan ikinci qrup əlil Şahsuvar Heydərov və müharibə veteranı Mehman Baxışovla görüşən HİK üzvləri onları Silahlı Qüvvələr Günü münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.

Mövcud karantin dövrünün tələblərinə riayət edilməklə keçirilən görüşlərdə Azərbaycanın suverenliyi uğrunda həyatlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anınması diqqətə çatdırılıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razılıq bildirilib.

Azərbaycan silahlı qüvvələrinin davamlı olaraq güclənməsinin qeyd edildiyi görüşlərdə işğal altında olan torpaqıarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.

Ziyarət olunan MDU əməkdaşları göstərilən diqqətə görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.