Mingəçevir Dövlət Universitetində Menecment kafedrasının təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə fəaliyyət çərçivəsində “Rəqəmsal marketinq və elektron ticarət” mövzusunda təlim təşkil olunub.
Təlim Menecment kafedrasının müəllimləri Babək Hüsüyev və Xəlil Əliyev tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara rəqəmsal marketinqin müasir biznes mühitində rolu, elektron ticarətin inkişaf meylləri, rəqəmsal platformalardan səmərəli istifadə imkanları və onlayn satış strategiyaları haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, müasir marketinq alətləri, sosial media platformalarının biznes üçün yaratdığı imkanlar və elektron ticarət sahəsində uğurlu təcrübələr barədə təqdimatlar edilib və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və rəqəmsal marketinqin praktiki tətbiqi ilə bağlı tövsiyələr təqdim olunub.
Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi tələbələrin və gənc mütəxəssislərin rəqəmsal bacarıqlarının inkişafına, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun bilik və səriştələrinin artırılmasına xidmət edir.