Sənaye tullantılarının su hövzələrinə təsirinin azaldılması mövzusunda elmi-təcrübə səfəri

Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının tələbə və magistrantları Mingəçevirdəki şəhər su kanal idarəsinin su təmizləyici qurğusunda elmi-təcrübə səfərində olublar.

Səfər zamanı su təmizləyici qurğunun rəisi İsa Həsənov və mühəndis-texnoloq Rəşad Əjdərzadə tələbələrə qurğunun fəaliyyəti, işləmə prinsipləri və sənaye tullantılarının su hövzələrinə təsirinin azaldılması yolları barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, qurğuda tullantılar mexaniki və kimyəvi üsullarla təmizlənir. Qurğunun əsas hissələrinə qəbuledici hovuz, avarasiya tankları (hava ilə zənginləşdirilmiş), çökdürücü hovuzlar, nasos stansiyaları və lil emalı bölməsi daxildir.

Səfər tələbə və magistrantların ekoloji biliklərinin artırılması, su resurslarının qorunması sahəsində praktiki təcrübə qazanması baxımından böyük əhəmiyyət kəsb edir.