Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi ilə əlaqədar olaraq 2024-cü il mayın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvlərinin və tələbələrinin iştirakı ilə Bakı şəhərində yerləşən “Təmiz şəhər” ASC-yə infotur təşkil olunub.
Tur iştirakçılarına tullantıların ətraf mühitə təsiri və təkrar emal imkanları ilə bağlı ətraflı məlumat verilib. Balaxanı Sənaye Parkında, Bakı bərk məişət tullantılarının yandırılması zavodu və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olan qonaqlar tullantıların zərərsizləşdirilməsi, eləcə də təkrar emal prosesini əyani şəkildə izləyiblər. Tur iştirakçılarına Cəmiyyətin fəaliyyətini əks etdirən məlumatlandırıcı bukletlər paylanıb və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.