MDU-nun tələbələri və orta məktəb şagirdləri yaşıl dünya naminə həmrəylik nümayiş etdiriblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Mingəçevir Şəhəri Texniki Humanitar Liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Liseyin həyətində keçirilən tədbirdə şagirdlər, MDU-nun Təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının  İS20.2 qrupunun pedaqoji təcrübədə olan tələbələri, təcrübə rəhbəri Nərgiz Niftəliyeva iştirak edib.

Şagirdlər öncə 1 İyun – Uşaqların Beynəlxalq Müfafiəsi Gününə həsr olunmuş mahnı oxuyublar.

Sonra, tələbələr şagirdlərlə birlikdə liseyin həyətində, yerdə müxtəlif rəsmlər çəkiblər, həyətyanı ərazidə ağac və gül kolları əkiblər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif tədbirlər keçirilir.