Universitetimizdə akademik heyətin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin müasir standartlarda hazırlanması, keyfiyyətli elmi əsərlərin ərsəyə gətirilməsi istiqamətində modul təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İlk təlim 20 fevral 2026-cı il tarixdə saat 14:00-da əsas binanın akt zalında akademik heyət üçün “Akademik Məqalələrin Yazılması və Məntiqi Struktur Prinsipləri” mövzusunda əməkdaşımız Ramil Həsənovun təqdimatı ilə keçiriləcək.
Mentor təqdimatından sonra mövcud sualların verilməsi üçün açıq mikrofon təşkil ediləcəkdir.
Hal-hazırda məqaləsi mövcud olan əməkdaşlar akademik qayda və struktural keyfiyyət baxımından tədqiqat işinin incələnməsi üçün onu müzakirəyə çıxara bilərlər.