You are currently viewing MDU-nun yeni TGT sədrini tanıyaq

MDU-nun yeni TGT sədrini tanıyaq

Bildiyiniz kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən elan edilən Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədr seçkiləri uğurla başa çatıb. Aparılan səsvermə nəticəsində universitetdən TGT-nın sədrliyinə namizəd olan 24 tələbə arasından Aslan Ələkbərzadə səs çoxluğu ilə yeni sədr seçilib.

Aslan Ələkbərzadə kimdir? MDU-nun yeni TGT sədrini tanıyaq:

  • Ələkbərzadə Aslan Etibar oğlu – 26 oktyabr 2005-ci ildə Mingəçevir şəhərində anadan olub.
  • 2011-2022-ci illərdə Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə təhsil alıb.
  • Uşaq yaşlarından avarçəkmə idman növü ilə məşğul olub, Uşaq musiqi məktəbinin tar sinfini bitirib.
  • 2022-ci ildə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.
  • Akademik göstəricilərinin yüksək olması ilə seçilir və “Əlaçı” təqaüdü alır.
  • 2022-ci ildən müxtəlif könüllülük proqramı üzrə ictimai əsaslarla fəaliyyət göstərmiş, müxtəlif təşkilatlarda fərqli sahələr üzrə peşə fəaliyyəti ilə məşğul olub.
  • Tələbəliyə başlayandan aktivliyilə yoldaşlarından seçilib.
  • 2022-ci ildən TGT-nin qrup sədri seçilib.
  • 2023-cü ilin fevral ayında Laçın-Şuşa yolunda keçirilən ekoloji aksiyada iştirak edib.
  • MDU-nun CTF (Capture the Flag) komandasının tərkibində iştirak edib, komanda ilə birlikdə qalib gəlib.
  • Technest” təqaüd proqramının qalibi olaraq Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq üzrə təlimlərdə iştirak edir.
  • 2024-cü ilin fevral-mart aylarında keçirilən seçkilər əsasında səs çoxluğu ilə MDU Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib və hal-hazırda bu vəzifəni icra edir.

A.Ələkbərzadəni təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!