Mingəçevir Dövlət Universiteti və Düzce Universitetinin birgə təşkilatçılığı ilə tələbə konfransı keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Türkiyə Respublikasının Düzce Universitetinin birgə təşkilatçılığı ilə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramıvə28 May – Müstəqillik Günü münasibətilə “Müstəqillik və gənclik: Ortaq miras, ortaq gələcək” mövzusunda beynəlxalq tələbə konfransı keçirilib.

Onlayn formatda baş tutan tədbirin açılış nitqində çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov və Düzce Universitetinin Təhsil fakültəsinin dekanı, professor Mustafa Koç gəncliyin cəmiyyətin inkişafında oynadığı roldan, milli müstəqilliyin qorunmasında və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsindəki əhəmiyyətindən bəhs ediblər. Çıxışçılar hər iki ölkənin dövlət bayramlarının ümumbəşəri dəyərləri təbliğ etməsi və gənclər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Açılış nitqlərindən sonra, proqrama uyğun olaraq tələbələrin panel çıxışları dinlənilib. MDU-nun tələbələri Mehriban QarayevavəÖmər Əhmədov, Düzce Universitetinin tələbələri Feyza Zeren,Barış Yağmur və Hatice Hamzaçebi müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə müstəqillik, milli kimlik, gəncliyin rolu, ortaq tarixi yaddaş və iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri kimi mövzular ətrafında maraqlı fikirlər səsləndirilib.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 2024-cü ilin 13 dekabr tarixindən MDU ilə Düzce Universiteti arasında Anlaşma Memorandumu imzalanıb və birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbir və fəaliyyətlər həyata keçirilir.