2025-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera inkişaf mərkəzinin təşkilatçılığı ilə “Stresdən çıxış yolları və emosional balans” mövzusunda seminar keçirilib.
MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva təqdimatla çıxış edib. Seminar zamanı iştirakçılar emosional balansı qorumaq, özünəinamı artırmaq və imtahan və karyera stressini idarə etmək üçün praktik bacarıqlar əldə etdilər.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.