MDU-da təlim: “Rəqəmsal dövrdə ünsiyyət bacarıqları”

3 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi iştirakçıların rəqəmsal ünsiyyət alətləri və etik davranış qaydaları ilə tanış edilməsi, peşəkar onlayn yazışma bacarıqlarının formalaşdırılması, həmçinin tənqidi düşüncə və informasiya ilə düzgün işləmə vərdişlərinin inkişaf etdirilməsi olub.

Təlimi Bakı Biznes Universitetinin rektor müşaviri, “Menecment və marketinq” kafedrasının müəllimi İlknur Rəcəbli aparıb. O, rəqəmsal dövrdə effektiv ünsiyyətin əhəmiyyəti, etik qaydaların qorunması və informasiya mühitində düzgün davranış mövzularında iştirakçılarla faydalı bilik və təcrübələrini bölüşüb.

MDU-nun əsas tədris binasının 107-ci otağında keçirilən təlim tələbə və gənclərin peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək baxımından əhəmiyyətli olub.