2025-ci ilin 8 may tarixində Elm və innovasiyalar şöbəsinin və İqtisadi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dünyada və Azərbaycanda beynəlxalq valyuta münasibətlərinin qarşılıqlı təhlili: Bakı Fond Birjası timsalında” mövzusunda təlim keçirilib. Təlimdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin akademik heyət üzvləri və tələbə və maistrantları iştrak ediblər.
Elm və innovasiyalar şöbəsinin müdiri, dos. Vüqar Mustafayevin fasilitatorluğu ilə keçirilən təlimdə təlimçi – İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, İqtisadiyyat kafedrasının müəllimi, Ankara Hacı Bayram Veli Universitetinin (Türkiyə) doktorantı Aytən Nadirova dünya və Azərbaycan və beynəlxalq valyuta münasibətlərinin qarşılıqlı təhlili, dünya valyuta sisteminin tarixi inkişafı, Beynəlxalq Valyuta Fondunun (BVF), dünya valyuta bazarının əsas oyunçuları, Azərbaycanın valyuta siyasəti, Azərbaycanın xarici ticarət balansı və valyuta məzənnəsi, qlobal iqtisadi böhranların valyuta bazarlarına təsiri, Azərbaycanın valyuta bazarının inkişaf perspektivləri, beynəlxalq valyuta münasibətlərinin Azərbaycan iqtisadiyyatına təsiri və s. məsələlər barəsində ətraflı məlumat verib.
Maraqla qarşılanan təlimin sonunda iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, müzakirələr aparılıb.
Qey edək ki, MDU-da bu cür təlimlərin keçirliməsinə xüsusi diqqət yetirilir.