2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə elmi-praktik konfranslarda məruzə ilə çıxış edən, həmçinin “Regionun Gənc Liderləri” proqramını uğurla başa vuran tələbələrin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, eləcə də fəal tələbə gənclər iştirak ediblər.
Tələbə gənclərin elmi istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən MDU-nun rektoru Anar Eminov onlara bu yolda uğurlar arzulayıb. Rektor həmçinin, TEC-in universitetin elmi-mədəni həyatında fəal rol oynadığını qeyd edərək, gələcəkdə bu təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılacağını bildirib.
Çıxışlardan sonra elmi-praktik konfranslarda məruzə ilə iştirak edən, eləcə də “Regionun Gənc Liderləri” proqramını uğurla başa çatdıran tələbələrə sertifikatlar təqdim olunub.
TEC-in sədri Günəş Şəfaqətov və tələbələr universitet rəhbərliyinə yaradılan imkanlara və göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.