Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lide Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş qızlar arasında voleybol idman növü üzrə şəhər turniri keçirilib.
Universitetin İdman-Sağlamlıq Kompleksində baş tutan turnirdə MDU-nun, Mingəçevir Turizm Kollecinin (MTK), Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin və Mingəçevir Şəhər Uşaq-Gənclər Şahmat İdman Məktəbinin (UGŞİM) qızlardan ibarət voleybol komandaları iştirak edib. Gərgin və rəqabətli mübarizənin nəticələrinə əsasən turnirdə UGŞİM-in komandası I yerin, MDU-nun komandası II yerin və MTK-nın komandası III yerin sahibi olub.
Turnirin sonunda qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Mingəçevirdə Ulu öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə müxtəlif formatlı tədbilər keçirilir.