Vaqif Abdullayevin yeni kitabı işıq üzü gördü

Vaqif Abdullayevin yeni kitabı işıq üzü gördü

Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Vaqif Abdullayevin “Riyazi analiz kursundan məsələ və misallar” adlı kitabı bu sahənın oxucularının ixtiyarına verilib. Kitab 15 fəsildən ibarətdir. Hər bolmə üç hissədən ibarətdir. Hər fəsilə uyğun nəzəri hissə verilib. Çoxlu sayda çalışmalar həll olunub.

Kitabda riyazi analizin fundamental anlayışları haqqında qısa məlumat verilib. Hər bir fəsildə həll nümunələri və onlara əlavə olaraq müstəqil tapşırıqlar tərtib edilib. Kitabdan universitetlərin bakalavr və magistrləri, orta məktəb müəllimləri və riyazi analizi sərbəst öyrənən şəxslər istifadə edə bilərlər. Ali məktəblər üçün nəzərdə tutulan dərs vəsaiti Mingəçevir Poliqrafiya Müəssisəsi MMC-də 2018 ci ildə nəşr olunub. 512 səhifədən ibarət olan dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Ali Təhsil pilləsinin Dövlət Standartına uyğun olaraq çap olunub.

 

{phocagallery view=category|categoryid=25|limitstart=0|limitcount=0}