You are currently viewing Mingəçevir Dövlət Universiteti Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş bölməsinin rəhbəri vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş bölməsinin rəhbəri vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

  • Tam ali təhsil (elmi dərəcəsi olanlara üstünlük verilir);
  • Ali təhsil sistemində minimum 3 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Professor-müəllim heyəti arasında dərs yükünün bölüşdürülməsi qaydaları, ikili diplom proqramları və fənn proqramlarının beynəlxalq akkreditasiyası sahəsində məlumatlılıq;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dilini bilməsi üstünlükdür.

Əmək funksiyası: 

  • Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tədris planlarının tərtib olunmasına və icrasına nəzarət edir;
  • Tədris ili üçün dərs yüklərinin kafedralar üzrə bölgüsünə, təsdiq edilməsinə və yerinə yetirilməsinə rəhbərlik və nəzarət edir;
  • Kafedralarda tədris yükünün professor-müəllim heyəti arasında bölüşdürülməsi  prinsiplərinin əsaslarını (növbəlilik, varisilik, mütənasiblik və s.) müəyyənləşdirir və onun icrasına nəzarət edir. Kafedraların təqdimatları əsasında tədris ili müddətində saat hesabı dərs deyəcək müəllimlərin müəyyənləşdirilməsinə nəzarət edir;
  • Bölmənin işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.
  • Fakültələr üzrə dərs və imtahan cədvəllərinin tərtibinə nəzarət edir, onun optimal variantlarının işlənib hazırlanması üçün təklifləri ümumiləşdirir, dərs cədvəllərinə düzgün əməl olunmasına nəzarət edir.
  • Tələbələrin növbəti tədris ilinə keçirilməsi, tələbələr sırasından xaric edilməsi, akademik məzuniyyət verilməsi, digər təhsil müəssisələrinə köçürülməsi, tələbələrə təqaüd təyin edilməsi məsələlərinin vaxtında icra olunmasına nəzarət edir.
  • Tədris ili üzrə qış və yay tətili dövründə bir ixtisasdan digərinə və ya başqa ali təhsil müəssisələrindən köçürülmüş, bərpa olunmuş tələbələrin sənədlərinin işçi qrupunun müzakirəsinə çıxarır.

Bilməlidir:

  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini.

Maraqlanan şəxslərdən CV-ləri  31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “ Tədris prosesinin təşkili və idarə olunması bölməsinin rəhbəri ” mövzu başlığı ilə göndərmələri xahiş olunur.