Əsas tələblər:
- Tam ali təhsil (elmi dərəcə mütləqdir);
- Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi;
- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
- Professor-müəllim heyəti arasında dərs yükünün bölüşdürülməsi qaydaları, ikili diplom proqramları və fənn proqramlarının beynəlxalq akkreditasiyası sahəsində məlumatlılıq;
- Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də idarəetmə və təşkilatçılıq bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Əmək funksiyası:
- Ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərinin təşkilinə nəzarət edir;
- İşçi tədris planlarının hazırlanmasına nəzarət edir;
- Kafedralarda professor-müəllim, eləcə də tədris-yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və göndərilməsinə istiqamət verir və rəhbərlik edir;
- Tədris şöbəsinin işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.
- Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsinə nəzarət edir;
Bilməlidir:
- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini
Maraqlanan şəxslərdən CV-ləri 31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Tədris şöbəsinin müdiri” mövzu başlığı ilə göndərmələri xahiş olunur.