You are currently viewing Mingəçevir Dövlət Universiteti İmtahan rəhbəri vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti İmtahan rəhbəri vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

  • Tam ali təhsil (elmi dərəcəsi olanlara üstünlük verilir);
  • Ali təhsil sistemində minimum 3 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili.dilləri üstünlükdür.

Əmək funksiyası: 

  • İmtahan proseslərinin təşkili, keçirilməsi və nəzarəti ilə bağlı mühüm vəzifələri yerinə yetirir. İmtahanların ədalətli, şəffaf və qaydalara uyğun şəkildə keçirilməsini təmin edir.
  • İmtahan nəzarətçilərinin təyinatı və təlimatlandırılmasına, imtahan cədvəllərinin hazırlanması və koordinasiyasına, İmtahan otaqlarının ayrılması və lazımi avadanlıqların təmin edilməsinə nəzarət edir.
  • Fakültə və kafedralarla imtahan materiallarının  toplanması və təhlükəsiz saxlanması, imtahan suallarının məxfiliyinin qoruması və onların vaxtında çatdırılması üzrə istiqamət verir.
  • İmtahan prosesində baş verə biləcək texniki və inzibati problemlərin operativ həllinə  nəzarət edir;
  • Nəticələrin analizi və rəhbərliyə təqdim edilməsi üçün zəruri statistik məlumatlar toplanmasına nəzarət edir.
  • İmtahan nəticələrinin vaxtında və düzgün şəkildə təqdim olunmasını təmin edir.
  • İmtahanlarla bağlı şikayət və apellyasiya prosedurlarında iştirak edir;
  • İmtahan prosesi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin edir.

Bilməlidir:

  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini.

Maraqlanan şəxslərdən CV-ləri  31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “İmtahan rəhbəri” mövzu başlığı ilə göndərmələri xahiş olunur.