You are currently viewing Mingəçevir Dövlət Universiteti Anbardar vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Anbardar vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Anbardar vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

  • Orta ixtisas və ya ali təhsil (mühasibatlıq, logistika və ya əlaqəli sahələr üstünlükdür)
  • Anbar idarəçiliyi üzrə minimum 1 il iş təcrübəsi
  • MS Excel, 1C və ya digər anbar idarəetmə proqramlarında işləmək bacarığı
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür.

Əmək funksiyası: 

  • Avadanlıqların qəbulu, yerləşdirilməsi və saxlanmasını təmin etmək
  • Anbarda olan malların mühasibat uçotunu aparmaq, sistemə işləmək və gündəlik hesabatlar hazırlamaq
  • Anbarın səliqəsini və təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək
  • Mal-materialların müvafiq sənədləşmə prosesini icra etmək
  • Anbarda olan ehtiyatları yoxlamaq, çatışmazlıqları və artıq qalıqları müəyyən edərək rəhbərliyə bildirmək
  • Təchizat prosesində təkliflər vermək və lazımi materialların vaxtında təmin edilməsinə nəzarət etmək
  • Materialların düzgün şəkildə daşınması və yüklənməsini təşkil etmək
  • İstifadə müddəti bitmiş və yararsız malları müəyyən edib rəhbərliyə hesabat təqdim etmək

Tələblərə uyğun gələn və müraciət etmək istəyən şəxslərdən CV-lərini  31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Anbardar” mövzu başlığı ilə göndərmələri xahiş olunur.