MDU tələbəsi Dünya İqtisadiyyat Forumunda Azərbaycanı təmsil edib

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat ixtisasının tələbəsi və “Global Shapers” İcmasının Şamaxı bürosunun rəhbəri Ülvi Məmmədov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadiyyat Forumunun (WEF) “Global Shapers” icmasının 2024-cü il üzrə İllik Yığıncağında Azərbaycanı təmsil edib.
Cenevrədə keçirilən bu yığıncaqda Dünya İqtisadiyyat Forumunun təsisçisi və rəhbəri Professor Klaus Şvab iştirak edib. Tədbir çərçivəsində cari ilin hesabatı təqdim olunub və 2024-2025-ci illərin əsas prioritetləri müəyyənləşdirilib.
Qeyd edək ki, Ülvi Məmmədov Global Shapers icmasının Şamaxı mərkəzinin kuratorudur və Azərbaycanın bu tədbirdə yeganə təmsilçisi olub. Onun bu uğuru MDU tələbəsi olmasının verdiyi qürur və dəstək sayəsində həyata keçib.