Gender bərabərliyi müstəvisində media həm özünü dəyişməlidir, həm də başqalarını

Gender bərabərliyi müstəvisində media

həm özünü dəyişməlidir, həm də başqalarını

Avropa Şurası, Obmudsman Aparatı və Mətbuaat Şurası Mingəçevir və digər bölgələrin KİV və QHT nümayəndələri üçün “Gender bərabərliyi və media” mövzusunda informasiya sessiyası keçirib

Avropa Şurasının (AŞ) Bakı Ofisi  Obmudsman Aparatı və Mətbuaat Şurası ilə birgə “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsi çərçivəsində Mingəçevir və digər bölgələrin  KİV və QHT nümayəndələri üçün “Gender bərabərliyi və media” mövzusunda informasiya sessiyası keçirib.  Sessiyanın açılışında AŞ Bakı Ofisinin nümayəndəsi və layihənin rəhbəri Pərvanə Bayramova diqqətə çatdırıb ki, bu il 70 yaşı olan Avropa Şurasının ölkələri arasında ilk dəfədir ki, jurnalistlərin peşə davranışı qaydalarında gender bərabərliyi prinsipi geniş arspektdə ifadə olunub: “Layihənin əsas məqsədi mediada və media vasitəsilə Azərbaycanda gender bərabərliyinin təşviq etməkdir. Yeri gəlmişkən, Azərbaycan Demokratik Respublikası müsəlman dövlətləri arasında ilk, Avropada isə birinci dövlətlərdəndir ki, qadınlara bərabərlik hüququ verib”.

Azərbaycan Mətbuat Şurasının sədrinin müavini, Jurnalist Həmkarlar İtifaqının sədri Müşfiq Ələsgərli layihənin həyata keçirilməsi məqsədlərindən danışıb:  “İstəyirik ki, bu sahənin modern əsaslarla işıqlandırılmasında jurnalistlərin bilik və bacarıqları artırılsın”.

Müstəqil ekspert Ələsgər Məmmədli gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurası standartları və Azərbaycan qanunvericiliyi,  Ombudsman Aparatının rəhbəri,  hüquq üzrə fəlsəfə doktoru Aydin Səfixanlı Gender bərabərliyi və media azadlığı sahəsində qabaqcıl təcrübələr, vəkil Adil İsmayılov məhkəmə mübahisələri haqda fikirlərini bölüşüblər. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının gender bərabərliyi perspektivindən (yenilənmiş versiya), Qadın Jurnalistlər Assosiasiyasının prezidenti Sevil Yusifova gender sahəsində nailiyyətlər və problemlərdən, “Mingəçevir işıqları” qəzetinin redaktor müavini Yeganə Nəbiyeva isə regionlarda qadın jurnalsitlər və medianın durumundan danışıblar.

Məruzələrdə və çıxışlarda media nümayəndələrinin bu istiqamətdə peşəkarlığını daha da artırmasının vacibliyi vurğulanıb. Xüsusilə qeyd olunub ki, gender bərabərliyinin təmin olunmasında media hələ çox iş görülməlidir. Belə ki, media həm özünü, həm də başqalarını dəyişməlidir.

Tədbirdə vurğulanıb ki, Avropa Şurası 1 mart 2018-ci ildən etibarən “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinə başlayıb. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları” gender bərabərliyi perspektivində nəzərdən keçirilib. Qaydalara əlavə etmək üçün “Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işıqlandırılması, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanların təmin olunması öz əksinin tapıb.

Mayın 30-da gerçəkləşən tədbirə Mingəçevirin 26 media və QHT nümayəndəsi qatılıb. Tədbir iştirakşıları arasında Mingəçevir Dövlət Universitetini Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev təmsil edib.

Mayın 31-də isə informasiya sessiyasını Ağdaş, Göyçay, Naftalan, Yevlax, Ucar, Bərdə, Ağdam, Beyləqan, İsmayıllı, Oğuz bölgələrinin KİV və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakilə keçirililib.

{phocagallery view=category|categoryid=155|limitstart=0|limitcount=0}