MDU-nun I kurs magistrantı Elçin Həşimovun imtahan sessiyası haqqında fikirləri:
“Magistrant olaraq Mingəçevir Dövlət Universitetinin fəaliyyətini yaxından izləmək, əldə etdiyi uğurlarda pay sahibi olmaq imkanım vardır. Doğma universitetimin nailiyyətlərinə görə sevinirəm.
Payız imtahan sessiyası çərçivəsində MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə hər həftə “Açıq qapı” günlərinin təşkil olunması, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahanların gedişatını müşahidə etmək üçün lazımi şəraitin yaradılması, yarana biləcək sualların operativ şəkildə cavablandırılması, imtahan sessiyasının şəffaflığının təmin edilməsi universitet-tələbə münasibətlərinin gücləndirilməsinə xidmət edir. Buna görə başda rektorumuz olmaqla bütün professor-müəllim heyətinə təşəkkürümü bildirirəm. MDU ailəsinin üzvü olduğum üçün özümü şanslı hesab edirəm.”