Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2 Fevral – Gənclər Günü münasibətilə bu ali təhsil müəssisəsində çalışan bir qrup gənc əməkdaşla görüşüb.
Görüş iştirakçılarını salamlayan Ş.Bayramov onların timsalında bütün gənc əməkdaşları, tələbə, magistrant və məzunları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, fəaliyyətlərində və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıb.
Gənclərin vətənpərvər ruhda, yüksək intellektlə, müasir baxışlı və innovativ düşüncədə formalaşmasının vacibliyini diqqətə çatdıran rektor onlara öz tövsiyə və məsləhətlərini verib. Bilik və bacarıqların artırılmasının şəxsi inkişafda xüsusi rol oynadığını qeyd edən Ş.Bayramov bunun öz növbəsində MDU-nun modernləşməsinə və davamlı inkişafına xidmət etdiyini bildirib.
Dövlətimizin yürütdüyü gənclər siyasətindən, gənclərin cəmiyyətin müxtəlif sahələrinin tərəqqisində göstərdiyi müstəsna xidmətlərindən söhbət açan Ş.Bayramov onların hərtərəfli inkişafı üçün yaradılan şəriat və imkanlardan yararlanmağa dəvət edib.
Göstirlən diqqət və təbrikə görə təşəkkürünü bildirən gənc əməkdaşlar onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını bildiriblər və ölkənin ən gənc rektorları sırasında yer alan Ş.Bayramovu əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda rektor Ş.Bayramovun müəllifi olduğu “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabını əməkdaşlara təqdim edilib.